texniki seo nedir 2

Texniki SEO nədir?

Texniki SEO (Technical SEO) – vebsaytın axtarış motorları tərəfindən daha asan indekslənməsi və istifadəçilərə daha sürətli, problemsiz təqdim olunması üçün görülən optimallaşdırma işləridir. Qısa desək, kontentin keyfiyyətli olması vacibdir, amma əgər sayt texniki baxımdan zəifdirsə, Google sizi irəli çıxarmayacaq. Detalları öyrənmək üçün oxumağa davam et.

Texniki SEO nədir və niyə vacibdir?

Texniki SEO – saytın “arxa planda işləyən mühərriki” kimidir. Google-un saytınızı daha tez tapması, səhifələri indeksləməsi və istifadəçilərə rahat təqdim etməsi vacibdir. Əgər sayt yavaş açılırsa, mobilə uyğun deyilsə və ya səhv yönləndirmələr çoxdursa, istifadəçilər çıxıb gedəcək. Araşdırmalara görə, yavaş açılan səhifələrin 53%-i ilk 3 saniyədə tərk olunur.
 
texniki seo nedir

Sayt sürəti və performans

Səhifənin açılış sürəti istifadəçi təcrübəsinin əsas amilidir. Google-un alqoritmi sürətli saytları önə çıxarır, çünki istifadəçilər vaxt itirmək istəmir. Məsələn, Amazonun araşdırmasına görə, 1 saniyəlik gecikmə satışları 7% azaldır. Bu səbəbdən, şəkillərin optimizasiyası, keşləmə və sürətli serverlər bunun üçün mütləqdir. Saytınızın sürətini yoxlayın.
 
page speed

Mobil uyğunluq

Mobil cihazlardan axtarış payı artıq 60%-dən çoxdur. Google isə Mobile-First indeksləmə tətbiq edir, yəni saytınız mobil versiyaya əsasən qiymətləndirilir. Dizayn adaptiv deyilsə, məzmun düzgün oxunmursa, istifadəçilər saytı tərk edəcək. Mobil uyğunluq həm SEO, həm də müştəri təcrübəsi üçün kritikdir. Mobil uyğunluğu yoxlamaq üçün klik edin.

mobil uygunlug

SSL və təhlükəsizlik

HTTPS olmadan sayt həm Google, həm də istifadəçilər üçün risklidir. Təhlükəsizlik sertifikatı (SSL) həm şəxsi məlumatların qorunmasını təmin edir, həm də axtarış motorları üçün müsbət siqnaldır. Google rəsmi olaraq HTTPS-i sıralama faktoru elan edib. Yəni, SSL olmadan saytınız rəqiblərdən geridə qala bilər. Saytınızın SSL-ni yoxlamaq üçün klik edin.

SSL checker

Crawl və indeksləmə

Axtarış motorları saytınızı “oxuyaraq” indeksləyir. Əgər robotlar səhifələrə girişdə çətinlik çəkirsə və ya səhvlərlə qarşılaşırsa, kontentiniz heç vaxt istifadəçilərə göstərilməyəcək. Robots.txt faylı, daxili linklər və düzgün sitemap bu prosesi asanlaşdırır. Nə qədər çox səhifə düzgün indekslənirsə, bir o qədər trafik qazanırsınız.

how search engines find new pages

Texniki SEO-nun əsas elementləri

Texniki SEO-nu həyata keçirmək üçün bir neçə əsas addım var. Bu addımlar sayəsində saytınız həm istifadəçilər, həm də Google üçün daha etibarlı görünür. Buraya site structureXML sitemaprobots.txt və düzgün yönləndirmələr daxildir. Məsələn, sitemap olmayan sayt Google üçün “xəritəsiz şəhər” kimidir. 

Site Architecture (Sayt strukturu)

Saytın strukturunun sadə və aydın olması həm istifadəçilərin, həm də Google botlarının işini asanlaşdırır. Məsələn, 3 klik qaydası var: istifadəçi əsas səhifədən istənilən kontentə 3 klikdə çatmalıdır. Çox qarışıq və dərin menyular indekslənmə prosesini çətinləşdirir.

sayt strukturu

XML Sitemap və Robots.txt

Sitemap Google üçün “bələdçi xəritə” rolunu oynayır. Robots.txt isə hansı səhifələrin indekslənəcəyini, hansılarının isə məxfi qalacağını müəyyən edir. Əgər bu fayllar düzgün işləməsə, vacib səhifələr indekslənməyə bilər. Yəni, sitemap və robots.txt olmadan SEO nəticələri zəifləyir.

Screenshot 3

Canonical Tags

Bəzən bir məzmun bir neçə URL-də mövcud olur. Bu isə təkrarlanan kontent probleminə səbəb olur. Canonical tag Google-a göstərir ki, əsas səhifə hansıdır. Əgər düzgün tətbiq olunmazsa, saytın dəyəri parçalanır və sıralama düşür. Canonical səhifələr SEO gücünü birləşdirir.

canonical tag

Structured Data (Schema Markup)

Schema markup – Google-a kontentinizi daha yaxşı başa düşməyə kömək edən kodlaşdırmadır. Bu sayədə axtarış nəticələrində zəngin snippets (ulduz reytinqi, qiymət, FAQ) görünür. Statistikaya görə, schema istifadə edən saytlar 30% daha çox klik alır. Analiz etdiyiniz saytda hansı Schema-ların olmasını görmək üçün Google Rich Result Test alətindən istifadə edə bilərsiniz.

seo result

Texniki SEO alətləri

Texniki SEO daim nəzarət tələb edir. Bunun üçün Google Search Console, Screaming Frog, Ahrefs, SEMrush kimi alətlər istifadə olunur. Bu alətlər vasitəsilə saytınızdakı səhvləri izləyə və optimallaşdırma edə bilərsiniz. Məsələn, Google Search Console sizə hansı səhifələrin indeksləndiyini göstərir.

Google Search Console

Google-un təqdim etdiyi pulsuz alətdir. Saytın indekslənməsini, səhifə səhvlərini və klik məlumatlarını görmək mümkündür. Məsələn, hansı açar sözlərlə saytınıza trafik gəlir, hansı səhifələr indekslənmir – bunları öyrənə bilərsiniz. SEO-nun izlənməsi üçün ən əsas vasitədir.

search console

Ahrefs və Semrush

Bunlar ödənişli alətlərdir və daha dərindən texniki SEO auditi aparır. Broken linklər, daxili linkləmə problemləri, sayt sürəti və daha çoxunu göstərirlər. Həmçinin rəqiblərin saytlarını analiz etməklə, onların güclü və zəif tərəflərini öyrənə bilərsiniz.”Ahrefs nədir və nə işə yarayır?” haqqında oxuya bilərsiniz.

ahrefs texniki seo

Screaming Frog

Desktop proqramıdır və saytınızdakı bütün səhifələri skan edir. Bu alət ilə səhifələrin title, meta təsviri, canonical tag-ları, yönləndirmələri, şəkil optimizasiyası və digər yüzlərlə parametri yoxlamaq mümkündür. Xüsusən böyük saytlar üçün idealdır. Screaming Frog-u test etmək və praktika əldə etmək üçün indi yükləyin.

screaming frog

PageSpeed Insights

Google-un təqdim etdiyi bu vasitə həm masaüstü, həm də mobil versiyada sayt sürətini ölçür. Burada optimizasiya üçün tövsiyələr də verilir. Məsələn, böyük şəkillərin sıxılması, JavaScript-in azaldılması, keşləmənin gücləndirilməsi. Yüksək nəticə daha yaxşı sıralama deməkdir.

page speed insight

Texniki SEO və SEO strategiyasının əlaqəsi

Kontent və link building nə qədər güclü olsa da, texniki SEO olmadan nəticə zəif olacaq. Yəni, bu proses SEO-nun “əsası”dır. Texniki SEO – saytınızı həm istifadəçilər, həm də Google üçün əlçatan və sürətli etməkdir. Əsas elementlər: sayt sürəti, mobil uyğunluq, struktur, indeksləmə və davamlı audit. Düzgün tətbiq edildikdə, satış, trafik və sıralama artır.

Bəs sizdə hansı problem var?

Sizin saytınızda hansı texniki SEO problemi var: sürət, indeksləmə, yoxsa mobil uyğunluq? Saytınızı analiz edib fikirlərini mənimlə bölüşə bilərsən. Əgər Professional SEO xidməti və ya SEO kursu axtarırsansa, heç çəkinmədən mənimlə əlaqə saxla. 

İndi zəng et!