SEO Mütəxəssisi kimdir və nə iş görür?

İlk öncə SEO haqqında qısa bir şərh verməklə mövzuya başlamaq istəyirəm. SEO sözünü ana dilində tərcümə etsək, Axtarış Motorlarının Optimizasiya(AMO) kimi başa düşmək olar. Burada axtarış motorları dedikdə Google, Yandex və Bing misal  göstərə bilərik. Optimizasiya sözünü isə təkmilləşdirmək ilə əvəzləmək mümkündür, burada məqsəd veb-saytın axtarış motorlarına uyğun bir formaya salınması və ya təkmilləşdirilməsidir. Bütün bu təkmilləşdirmə işlərini birbaşa həyata keçirən şəxsə SEO Mütəxəssisi deyilir. Ölkəmizdə o qədər də tanınmayan bu şəxslər əslində arxa fonda ciddi zəhmət çəkirlər. Bu məqaləni yazmaqla həm SEO Mütəxəssislərinin işlərini təsvir etmək həm də bu sahəyə necə başlamaq olar və ya bu sahədə necə təkmilləşmək olar kimi mühim suallara cavab vermək istədim.

SEO Mütəxəssisi hansı işləri görür?

Bəlkə də bir çoxları bu cümlələri eşidib. SEO lazım deyil, bu qədər vaxt gözləmək olmaz və ya hammısı boş şeydir kimi ifadələr əslində bu sahədən məlumatsızlıq və həmçinin görülən işlərin düzgün təqdim olunamamasından qaynaqlanır. Qısa olaraq fikrimi ifadə etməyə çalışsam, gün ərzində axtarış motorlarından istifadə etməyən demək olar ki, çox az insan var. Son illərdə insanların onlayn platformalardan satış etmə faizi əvvəlki illərlə müqayisədə çoxalmışdır. Bir çox insan, məhsul almadan araşdırma etməyi və fərqli mağazaları müqayisə etməyi düşünür. Bu isə birbaşa Google və ya digər axtarış motorlarının istifadəsi deməkdir. 

Nümunə olaraq: “ayaqqabı” almaq istəyən bir xanımı düşünsək, Google-a daxil olur və ayaqqabı satışı sözünü yazır. Təqribən ilk 5- ya 10 axtarış nəticəsini analiz edir və bu analizlər nəticəsində almağı düşünür. Onu da qeyd edim ki, ilk sıralara reklamla da çıxmaq mümkündür, lakin orqanik nəticələr insanlar üçün daha etibarlı görünür. Buda başqa bir araşdırma nəticəsində SEO-nun əhəmiyyətli olmasını sübut etmişdir.

SEO Mütəxəssisləri markanın  satış gətirən və ya potensial ola biləcək açar sözlərdə ön sıralada çıxmasını həyata keçirir. Burda təkcə iş ön sıralarda çıxmaq deyil, həm də bu sıraları qoruyub saxlamaqdır. Araşdırmalar göstərir ki, ilk sırada çıxan saytların kliklənib daxil olunma nisbəti 25%-dir. Buda hardasa axtarışın və ya potensial müştərilərin 1/4 mənasını daşıyır. Təbii ki, bu hər sektora görə dəyişə bilər.

SEO Mütəxəssisinin işlərini qruplaşdırsaq:

  • Fəaliyyət göstərəcəyi sektoru analiz etmək,
  • Rəqibləri analiz etmək,
  • Axtarış həcmi yüksək olan və ya potensial ola biləcək sözləri araşdırmaq,
  • Veb-sayt arxitekturunun 0-dan qurulması və ya təkmilləşdiriməsi,
  • Saytdan alış senarisinin qurulması, ( daxil olan müştəriyə məhsul necə satılacaq?)
  • Sayt məntlərinin müştəriyə uyğun və düzgün olmasına nəzarət edilməsi,
  • Veb-saytın texniki işlərinin həyata keçirilməsi,
  • Veb-saytın  daxili optimizasiya işlərinin görülməsi,
  • Veb-saytın xarici optimizasiya işlərinin görülməsi,
  • Davamlı olaraq saytın vəziyyətinə nəzarət edilməsi,
  • Axtarış səhifələrində(SERP) olan vəziyyətə nəzarət,
  • Texniki problemlərin izlənməsi və qısa zamanda həllİ üçün tapşırıqların verilməsi.
Bu siyahını daha da uzatmaq olar, lakin gələcək yazılarda daha ətraflı məlumatlar təqdim etmək baxımından və ya yazının daha da uzun və yorucu  olmaması üçün bu qədəri ilə kifayyətlənməli oldum.

SEO Mütəxəssisi olmaq üçün haradan başlayaq?

SEO Mütəxəssisi kimi fəaliyyətə başlamaq istəyən insanlar ilk öncə bunu bilməlidir ki, bu sahə  ciddi səbr tələb edir. Həm öyrənmək baxımından həm də nəticə sarıdan siz mütləq səbrli olmalısız. Burada təcrübə çox önəmlidir, ən əsası isə problem həll etmək xüsusiyyətiniz olmalıdır ya da inkişaf etdirməlisiz. Mən, özümdən danışsam bu sahənin araşdırma ilə daha sonra işlərimdə tətbiq etməklə öyrənmişəm. Hələ 2019-cu ildən bu sahə ilə maraqlanırdım və zaman-zaman yeni şeylər öyrəndim və tətbiq etdim. Daha dərindən öyrənmək fürstərim 2022-ci ildən etibarən Elseo şirkətində SEO mütəxəssisi olaraq fəaliyyətə başlamaqla oldu. Qeyd edim ki, orada işim ancaq SEO idi və müxtəlif sektorlardan şirkətlərin veb-saytlarını axtarış motorlarına uyğun təkmilləşdirməyə çalışırdım. İlk vaxtlar çətinlik çəkirdim düzü, zaman-zaman araşdırmaqla, iş yoldaşlarımla və bizə bu işdə kömək edən rəhbərlərimizlə birlikdə daha da təkmilləşməyə başladıq. Amma davamlı araşdırmaq və problemi həll etməyə çalışmaq xüsusiyyəti hər zaman  mənə kömək eləmişdi. Buda birdən-birə olmadı, zamanla insanda formalaşır – sadəcə həvəsdən düşməmək və problemi həll edənə qədər çalışmaq lazımdır.

Xülasə etsəm;

  • Araşdıma etməlisiz,
  • Onlayn və ya oflayn kurslar götürə bilərsiniz,
  • Sahə üzrə mütəxəssislərdən soruşa bilərsiniz,
  • Əsası – WordPress kimi sadə CMS-lər ilə veb-sayt qurub, öyrənib praktika edə biləsiniz.

Bu barədə sorğu keçirmişdim, insanlar böyük qismi araşdırma yolu ilə öyrəndiyi qeyd etdi. Bu barədə Facebook-da qrup yaratmışam, SEO Community Azerbaijan adının üzərinə klik edərək daxil ola bilərsiniz. Bu qrupda bir çox mövzular ilə əlaqəli yazılarımı da tapa bilərsiniz, məncə faydalı olacaq.

Moz'un Senior SEO Expert'nin SEO mütəxəssisi olmaq istəyənlərə tövsiyələri

SEO sahəsində özünüzü təkmilləşdirmək üçün

Siz gərək davamlı olaraq araşdırma edəsiniz və günlük xəbərləri izləyəsiniz. Bundan əlavə sahə çox genişdir, misal üçün bir çox insanlar Sayt Daxili (On Page) SEO-nu bilir və ya Saytdan Kənar( Off Page) görülən SEO ilə daha çox məşğul olur və Texniki SEO işlərindən isə uzaqdır. Bu senarilərin əksi də ola bilər, hər halda bir istiqamətdə boşluq varsa, onun üzərində işləyib təkmilləşdirmək lazımdır. Əgər bu istiqamətlərdə lazımı işlər görülübsə, məsləhət görərdim ki, kodlaşdırma bacarıqlarını təkmilləşdirəsiniz. Burada əsas HTML, CSS və Java Script kodları nəzərdə tutulur. Bunu yazmaq üçün yox, anlamaq üçün öyrənmək lazımdır. Çünki SEO-nun veb-saytın  arxa fonunda görülən işlərlə ciddi əlaqəsi olduğu üçün, prosesləri anlamaq və düzgün texniki tapşırıq vermək üçün sizə lazım olacaq. 

SEO Mütəxəssisi nə qədər qazanır?

SEO Mütəxəssisinin qazancı onun bilik və bacarıqlarından birbaşa asıldır. Buna görə vəzifə bölgüləri formalaşmışdır – Kiçik, Orta və Baş Mütəxəssis vəzifələrinə görə alacağınız əməkhaqqı da dəyişəcək. Bundan əlavə fəaliyyət göstərəcəyiniz quruma görə də əməkhaqqı məsələləri dəyişkəndir. Aşağısı 600 Azn – dən başlayaq 2000 Azn və hətta bundan daha çox aylıq gəlir əldə edə bilərsiniz. Onuda qeyd edim ki, SEO Mütəxəssisinin gəlir mənbələri çox olur, bu haqda digər bir bloq yazımda paylaşacam. Aşağıdakı şəkil ilə əlaqəli məqaləni oxumaqda fayda var – SEO Mütəxəssisinin təcrübəyə görə dəyişən gəlir qrafiki.

SEO Salary Report 2021: How Much SEO Pros Get Paid

 
Onlayn və ya Oflayn SEO kursu

Tələb əsasında SEO kursuna başlamağı düşünürəm. Bunu həm onlayn formada həm də oflayn formada həyata keçirə bilərəm. İlkin olaraq onlayn formada nəzərdə tutmuşam.Bundan əlavə ödənişsiz formada sizlərə istiqamət göstərmək və qarşılaşdığınız problemlərin həll olunması yolunda dəstək olmağa daim hazıram. Həmçinin yerli və xarici bizneslər üçün SEO xidməti də göstərirəm.Portfoliom və təklif paketləri ilə maraqlanan olarsa, birbaşa mənimlə əlaqə saxlaya bilər.