SMM öyrənmək istəyirsiz?

SMM kursu

Sosial Media müasir rəqəmsal dünyada biznes və fərdlərin onlayn mövcudluğunun gücləndirilməsində mühüm rol oynayır. SMM (Sosial Media Menecmenti) Kursu iştirakçılara bu dinamik platformalardan səmərəli istifadə etməyi öyrənərək, marka məlumatlılığını artırmaq və hədəf auditoriyaları ilə qarşılıqlı əlaqə qurmaq bacarığını təmin etmək məqsədi daşıyır.

SMM nədir?

SMM – Social Media Management kimi ifadə edilən bu termin, özündə Sosial Media kanallarının düzgün şəkildə idarə olunması, hədəf auditoriya ilə uğurlu işlərin aparılması və düzgün reklam startegiyasının qurulması kimi bir çox mühim mövzuları əhatə edir. Qısası, sizinlə günlük istifadə olunan sosial media kanallarından ( Facebook, Instagram və Linkedn) düzgün şəkildə necə istifadə olunur və buradan necə satış əldə edə bilərik haqqında danışacağıq.

SMM kursuna nələr daxildir?

Kurs sosial media idarəçiliyi üçün əsas alətlər olan Meta Business Suite, Business Manager və Meta Pixel kimi mühüm mövzuları əhatə edir. Bu vasitələrdən istifadə etməklə iştirakçılar effektiv reklam kampaniyaları yarada, hədəf auditoriyasını daha yaxşı başa düşə və sosial media kanallarının effektivliyini  artıra biləcək.

SMM kursunun faydaları

Bu təlim proqramı iştirakçılara sosial media platformalarından sərbəst istifadə etmək bacarığını təmin etmək məqsədi daşıyır. SMM Kursu sayəsində iştirakçılar sosial mediada reklam bacarıqlarını təkmilləşdirəcək, qarşılıqlı əlaqəni artıraraq markanın tanınmasını artıracaq, həmçinin ətraflı təhlil və hesabat vermə bacarıqları əldə edəcəklər.

Kurs nə qədər davam edəcək?

SMM Kursu ümumi 1 ay müddəti əhatə edir. Həftədə iki dəfə keçiriləcək dərslərdə nəzəri biliklər praktiki nümunələrlə dəstəklənəcək və iştirakçılar interaktiv öyrənmə təcrübəsi yaşayacaqlar.

SMM kursuna kimlər qoşula bilər?

Sosial media idarəçiliyi ilə maraqlanan hər kəs kursa qoşula bilər. Bu, biznes sahibləri, marketinq mütəxəssisləri, rəqəmsal media mütəxəssisləri və sosial media həvəskarları üçün ideal fürsətdir.

Sosial Media Marketinq kursunda necə iştirak edə bilərəm?

Kursda iştirak etmək üçün  WhatsApp vasitəsilə müraciət edə bilərsiniz. Sosial media strategiyalarınızı gücləndirmək və effektiv idarə etmək üçün kurslarımıza yazıla bilərsiniz.

Kursa indi qoşulun !

SMM kursu üçün

İndi zəng et!