SEO-nu qısa zamanda öyrən,

SEO kursuna

Niyə SEO öyrənmək lazımdır?

Siz SEO öyrənməklə müxtəlif üsullarla qazanc əldə edə bilərsiniz. Bu üsullardan bəziləri haqqında aşağıda qeyd edirəm :

Onlayn SEO Xidməti: SEO bacarıqlarınızı başqalarına təklif etməklə siz müstəqil SEO xidməti verə və müştərilərinizə veb-saytlarını optimallaşdırmağa kömək edə bilərsiniz. Upwork və Freelancer kimi platformalarda özünüz üçün iş tapa və ya öz müştəri portfelinizi yarada bilərsiniz.
 
Veb-sayt qurmaq: Əgər öz veb-saytınız varsa, veb-saytınızı optimallaşdırmaq və daha çox orqanik trafik cəlb etməklə reklam gəlirləri və ya satışlar vasitəsilə gəlir əldə etmək üçün SEO bacarıqlarınızdan istifadə edə bilərsiniz.
 
Affiliate Marketing: SEO bacarıqlarınızdan istifadə edərək, müəyyən bir niş  kütlə üçün satışları həyata keçirərək oradan da qazanc əldə edə bilərsiniz. Müvafiq açar sözlər üzrə ön sıradalarda çıxmaqla müştəriləri yönləndirərək məhsulların satışından komissiya qazana bilərsiniz.
 
SEO Təlim və Konsultasiya: Onlayn kurslar və ya konsultasiya xidmətləri vasitəsilə SEO biliklərinizi paylaşaraq pul qazana bilərsiniz. Bu, SEO strategiyalarını başqalarına öyrətməklə və ya şirkətlərə SEO məsləhətləri verməklə baş verə bilər.
 
Rəqəmsal Marketinq Agentliyinin yaradılması: Əgər SEO sahəsində dərin təcrübə qazanmısınızsa, öz rəqəmsal marketinq agentliyinizi yarada bilərsiniz. Müştərilərə SEO, məzmun marketinqi və sosial media idarəçiliyi kimi xidmətlər təklif edərək gəlir əldə edə bilərsiniz.
 

SEO Kursuna nələr daxildir?

SEO kursu ən son yenilənmələr  də daxil olmaqda A-dan Z-ə formada tədris olunur. Burada SEO-nun müxtəlif alt bölmələri ətraflı formada nəzəri və praktiki şəkildə izah edilir. Qısa olaraq qeyd etsək, kursun tədris xətti belədi :

  •  On Page SEO
  •  Off Page SEO
  •  Texniki SEO
  •  Praktiki tapşırıqlar
  •  Real layihənin hazırlanması
  •  Yekun qiymətləndirmə

SEO öyrənmək üçün nə qədər vaxt lazımdı?

SEO öyrənmə vaxtı şəxsi səylərinizdən, əvvəlki bilik səviyyənizdən və öyrənmə sürətinizdən asılı olaraq dəyişə bilər. Əsas SEO bacarıqlarını ümumiyyətlə 3-6 aya öyrənmək mümkündür. Ancaq daimi araşdırma və real layihələr üzərində çalışmaqla daha dərindən öyrənə bilərsiniz. Kursun tədrisi əsasən praktiki olduğu üçün, siz real layihələt üzərindən tətbiq edərək daha yaxşı dərsləri mənimsəyəcəksiniz.

Kurs Necə Təşkil olunur?

SEO kurslarının tədrisi daha çox onlayn formada nəzərdə tutulub. Lakin həftə sonları və tələbə əsasən daha çox oflayn görüşlər təşkil edilə bilər. Əgər ciddi tələb yaranarsa, oflayn formada da kurslar təşkil edə bilərik. Bu seçimlər tələbələrin rahatlığı əsasında olacaq, lakin zamana və enerjiyə qənaət etmək baxımından kurslarımızın onlayn təşkil olunması daha məqsədə uyğundur. Onuda qeyd edək ki, kurslar zamanı videomateriallar və digər resusrslar ilə də təmin ediləcəksiniz.

SEO Kursu qiyməti nə qədərdir?

Bu SEO kursunun ödənişi aylıq “350” Azn təşkil edir. Birdəfəlik ödənişlər zamanı ümumi qiymətdə endirimlər edilə bilər. Kursun məzmunu və faydalılığı əsasında qiymət  uyğunlaşdırılıb.

SEO kursunda necə iştirak edə bilərəm?

SEO kursunda iştirak etmək olduqca sadədir. Kursda iştirak etmək üçün  WhatsApp vasitəsilə əlaqə saxlayaraq qeydiyyatınızı tamamlaya bilərsiniz. Kursa başlamazdan əvvəl ehtiyaclarınıza uyğun olduğundan əmin olmaq üçün kursun məzmununu və proqramını nəzərdən keçirmək vacibdir. SEO-nu öyrənməklə siz rəqəmsal marketinq bacarıqlarınızı təkmilləşdirə, biznesinizi onlayn dünyada daha effektiv şəkildə idarə edə və rəqabət üstünlüyü əldə edə bilərsiniz. Sizə uğurlar arzulayırıq!

SEO ilə həm onlayn həm də oflayn formada gəlir əldə edə bilərsiniz. Yerli və qlobal bazarda SEO-ya çox ehtiyac var!
Saxavat Jafar
SEO mÜTƏXƏSSİSİ
Sınaq dərsində iştirakt et,

İndi SEO kursuna qoşul!

İndi zəng et!