On-Page SEO nədir?

On-Page SEO  termini Azərbaycan dilinə uyğunlaşdırdısaq Səhifə daxili və ya Sayt daxili SEO kimi ifadə edə bilərik. Ümumiyyətlə, SEO işləri bir neçə əsas qollardan təşkil olunub: On Page, Off Page və Technical SEO. Mən, bu mövzular haqqında detallı məlumatları sizinlə bölüşmək istəyirəm. Hər biri haqqında məlumat çox olduğu üçün hissə-hissə və daha aydın şəkildə izah etməyi məqsədə uyğun gördüm. Bu günkü yazımız, On Page SEO ilə əlaqəli olacaq. Burada işlər daha çox sayt daxili görülür və SEO-nun ən önəmli hissələrdən biridir deyə bilərəm.

On-Page SEO işlərinə nələr aiddir?

İlk öncə istəyirəm ki, On Page SEO ilə əlaqəli diqqət etməli olduğumuz faktorları sizə bir siyahı formasında təqdim edim, daha sonra hər biri haqqında qısa və aydın şəkildə məlumat verim. Düşünürəm ki, bu oxuyanlar üçün daha yaxşı variant olacaqdı.

On- Page SEO faktorları

  • Məzmun
  • Açar söz
  • URL Strukturu
  • Başlıq Hissəsi(Title)
  • Təsvir Hissəsi ( Description)
  • Səhifə Başlığı (Page Title)
  • Başlıq Etiketləri ( Header Tags)
  • Saytın Sürəti ( Page Speed)
  • Mobil Uyumluluq
  • Şəkillərin Optimallaşdırılması
  • Saytın Arxitekturası
  • Xarici Linklər
  • Daxili Linklər

Məzmun ( Content)

Məzmun Sayt daxili SEO işlərində çox əhəmiyyətlidir. Biz məzmundan məhsul və ya xidmət haqqında məlumat vermək məqsədi ilə istifadə edirik. Məzmun geniş anlayışdı, bura video materiallar, mətnlər və şəkillər və s. aid ola bilər. Alqoritmalar bizim sayta, sosial medyaya və digər kanallara əlavə etdiyimiz məzmun əsasında dəyərləndirmə aparır. SEO işlərində biz məzmunun bir çox formalarından istifadə edirik. Ən çox istifadə olunan məzmun tipi mətn formasıdır. Google və Yandex alqoritmaları sizin əlavə etdiyiniz mətnin əsasında səhifənin faydalılığını müəyyən edir. Hər zaman diqqət etmək lazımdır ki, yaradılan məzmun faydalı olsun, belə olduqda mütləq Google tərəfindən dəyərləndiriləcəksiniz!

 

Açar Söz

Açar söz SEO mətnlərinin yazılması zaman ən önəmli bir neçə nüansdan biridir. Çünki, Google və digər axtarış sistemlərində insanların axtarış etdiyi ifadələr açar sözlər hesab edilir. Biz hər zaman insanların axtarış niyyəti anlamalı və  bunun əsasında mətnlərimizi formalaşdırmalıyıq. Açar sözlərlə əlaqəli çox mühim və praktiki bir məsələsini sizin üçün qeyd etmək istəyirəm. Azərbaycan dilində,  ə, o, ö və ü kimi hərflərin işlənməsinə görə açar sözlərin axtarış həcmi arasında ciddi fərq vardır, ona görə bu tipli hərflərin iştirak etdiyi açar sözləri istifadə edərkən, digər variantları da yoxlamağı unutmayın!

 

Aşağıdakı şəkildən açar sözlərin səhifədə necə yerləşdirilməsi ilə bağlı məlumatları bir arada görə bilərsiniz. Bu yeni səhifə yaradarkən və ya köhnə səhifələri optimallaşdırarkən sizə lazım olacaq.

URL Strukturu

URL dedikdə, biz sadə formada səhifələrə yönləndirən link nəzərdə tuturuq. URL strukturu Texniki SEO ilə ortaq bir mövzu olduğu üçün burada ancaq Səhifə Daxili ( On Page) SEO ilə əlaqəli qeydlərimi edəcəm. Uğurlu URL strukturu üçüb aşağldakı amilləri nəzərə almanızı tövsiyə edirəm :

 

1. Açar sözlərin istifadə olunması

2. Qısa olması

3. Dillərə görə variantların olması(latin hərfləri ilə)

4. Ə,ı.ö və ü kimi hərflərin işlənməməsi ( URL strukturu ancaq latın hərflərini dəstəkləyir)

Nümunə :

https://saxavatjafar.com/az/reqemsal-marketinq-kursu

https://saxavatjafar.com/en/digital-marketing-course

https://saxavatjafar.com/ru/kurs-sifrovogo-marketinga

SEO Başlıq ( Title)

SEO başlıq dedikdə, Google-da axtarış etdikdə qarşısınıza çıxan tünd rəngli yazılar nəzərdə tutulur. Title və ya dilimizdə başlıq kimi tərcümə olunan bu hissə SEO üçün çox önəmlidir. Bu hissəllərin əlavə olunması ilə siz saytınızın trafikini 2-3 dəfə artıra bilərsiniz.

Başlıqları yazarkən bunlara xüsusi diqqət edin: 

1. Müəyyən olunan  xarakter limitini qoruyun ( təqribən 60 xarakter, 580 pixel )

2. Axtarış həcmi yüksək olan açar sözlər 1-ci əlavə edin.

3. Səliqəli və oxunaqlı görünməsinə diqqət edin (” -, |” kimi işarələrdən istifadə edin)

SEO Təsvir( Description)

SEO-da başlıq hissəsi ilə yanaşı, təsvir hissəsi də çox önəmlidir. Yuxarıda qeyd olunan 2-ci nüans təsvir hissəsi üçün də keçərli hesab edilir. Təsviri qısa, sadə,  açar sözləri istifadə etməklə yanaşı və həmdə insanların klik etməyə təhrik edən sözlərdən istifadə etmək lazımdır. Misal: ilk dərs ödənişsizdi, endirim var, qeydiyyatın vaxtı bitir, məhsul stokda az qalıb və s. Bundan əlavə daha səliqəli görünməsi üçün müxtəlif ikonlardan istifadə edə bilərsiniz.

 

SEO Başlıq və Təsvir yazarkən Totheweb-dən istifadə etməyi tövsiyə edirəm : 

 

Səhifə Başlığı ( Page Title)

Səhifə başlığı – Səhifənin nədən bəhs etdiyini həm istifadəçiyə həm də Google Bot-larına göstərmək üçün istifadə olunur. Bu başlıq H1 etiketi ilə ifadə olunmalıdır. Açar sözləri və səhifənin əsas məzmununi ifadə etməlidi.

 

Başlıq Etiketləri ( Header Tags)

Başlıq etiketləri Səhifə Daxili SEO işləri üçün çox önəmli elementlər hesab edilir. H1-H6 formasında bir iyeraxik quruluşa malik olan bu etiketlər əhəmiyyətlilik dərəcəsinə görə biri digərindən fərqlənir. H1 adətən Səhifə Başlığı olaraq qeyd edilir, H2-H6 isə daha çox mətn daxili başlıqları və alt başlıqları ifadə etmək üçün istifadə olunur. Qeyd edim ki, bir səhifədə yalnız 1 H1 etiketi istifadə oluna bilər. Digər etiketlərdə isə hər hansısa bir say məhdudiyyəti yoxdu. Lakin, yuxarıdan aşağıya (iyeraxik) quruluş qorunması lazımdır. Yəni, H2-dən sonra H3, H3-dən sonra H4 formasında. Uğurlu mətnlər bu formada yazılır.

 

Saytın Sürəti ( Page Speed)

Bu daha çox Texiki SEO mövzusunda müzakirə ediləcək amma bizim mövzu ilə də əlaqəlidir. Belə ki, Səhifə Daxili SEO işlərində istifadə oluna  şəkillərin və ya videoların həcmi sürətin azalmasına səbəb ola bilər. Saytın sürəti dedikdə, axtarış səhifəsində klik etdikdən sonra səhifənin tam şəkildə açılması müddəti başa düşülür. Bu müddət nə qədər qısa olarsa, bu istifadəçinin saytdan faydalanması üçün bir o qədər təsirlidi. Saytın sürətini analiz etmək üçün PagespeedGTMetrix alətlərindən istifadə edə bilərsiniz.

 

Mobil Uyumluluq

 

Müasir dövrdə mobil telefonların istifadəsinin artması ilə əlaqədar veb-saytların mobil cihazlara daha uyğun bir formada hazırlanması çox zəruri olmuşdur. On Page SEO işlərində diqqət etməli olduğumuz digər mühüm nüans da məhz optimizasiya etmək istədiyimiz veb-saytın mobil cihazlarda nə qədər uğurlu görünməsidir. Buna, ingiliscə mobile responsive-lik deyilir. Müştəri davranışları əsasında diqqət etsək, burada ən önəmli məsələ interfeysin sadə və asan istifadə oluna bilən olmasıdı. Komputer versiyası mobil versiyaya elə adaptasiya edilməlidir ki, burada mövcud görünüş mobil cihazda aydın və səliqəli görünsün. Mobil görünüşü yoxlamaq üçün SEOptimzer alətindən istifadə edə bilərsiniz.

 

Şəkillərin Optimizasiyası

 

Google-da şəkil axtarışlarından istifadə edildiyi üçün, biz şəkillərin optimizasiyası işi ilə də məşğul olmalıyıq. Optimizassiya işləri görülən sektordan asılıdır. Əgər sizin SEO işi gördüyünüz veb-saytda olan məhsul və xidmətlərin şəkilləri müştəriləriniz tərəfdən axtarılırsa, bu sizin üçün çox əhəmiyyətli bir optimizasiya işidir. Daha çox mebel, aksesuar və hədiyyə tipli digər məhsulların(hansı ki, insanlar baxıb sonra almaq qərarına gəlir) satışını şəkillərin optimizasiya edilməsi ilə artıra bilərsiniz. Burada ən önəmli detal alt teqi hesab edilir. Ona görə şəkillərin alt teqini uyğun açar sözlərlə işləməyə diqqət etməliyik.

Saytın Arxitekturası

 

Saytın arxitekturası dedikdə, onun quruluşu və sahib olduğu forması nəzərdə tutulur. Bura – header, footer və body hissələrinin düzgün qurulması aiddi.On Page SEO işlərinin təsirli olması üçün düzgün arxitektura çox önəmlidir. Arxitekturanı Screaming Frog aləti ilə yoxlaya bilərsiniz. Burada önəmli olan səhifələr arasındakı əlaqələrin qurulması, düzgün naviqasiya və müştəri yönümlü olmasıdır.

 

Xarici Linklər

 

Uyğun səhifələrdən digər saytlara linklərin verilməsi çox əhəmiyyəti bir məsələdir. Belə ki, mən On Page SEO ilə bağlı məqaləmə bu mövzu ilə əlaqəli məhşur və çox istifadə olunan bir neçə mənbəni əlavə etsəm, bu mənim səhifəmin gücünü artıracaq. Google botları əlaqəli və yüksək reytinqli saytlara keçid olunmasını müsbət dəyərləndirir. On Page SEO ilə əlaqəli daha ətraflı öyrənə bilərsiniz.

 

Daxili Linklər

 

Mən təkcə başqa saytlara yox həmçinin öz saytımın daxilində bir səhifədə digər səhifələrə link verə bilərəm. Misal üçün, bu yazımıza SEO xidməti səhifəsindən, SEO Mütəxəssisi bloqumuzda daxili link verə bilərik. Bu işi adətən güclü səhifələrdən zəif səhifələrə məntiqi ilə edirlər. Güclü səhifə dedikdə PA(Page Authority) yüksək olan səhifə nəzərdə tutulur. Bunu yoxlamaq üçün Website SEO checker istifadə edə bilərsiniz.

 

 

 

Suallarınız var?

Hörmətli oxucu, qeyd etmək istəyirəm ki, bu yazı SEO sahəsinə yeni başlayanlar üçün nəzərdə tutulmuşdur. Ana dilində kontentlərin yoxluğunu nəzərə alaraq, çalışıram ki, mütəmadi olaraq ixtisaslaşdığım sahə ilə əlaqəli faydalı məlumatları sizinlə bölüşüm. Əlavə olaraq deyə bilərəm ki, bloqlar yeni informasiyalar və prakitki biliklər əsasında yeniləcək.Hər hansısa bir sualınız və ya müzakirə etmək istədiyiniz mövzu olaraq mənimlə əlaqə saxlaya bilərsiniz, ümid edirəm sizin üçün faydalı olmuşdur.

İndi zəng et!