İçindəkilər:
ToggleMeta nədir?
Sosial Media Reklamları necə verilir?
Sosial Media dedikdə günlük istifadə etdiyimiz bir çox platformalar ( Facebook, Instagram və Linkedn) nəzərdə tutulur. Bu platformalar üzərində həm insanlarla əlaqə yaratmaq həm də öz məhsulu və ya xidmətini tanıtmaq mümkündür. Müasir dövrümüzü Sosial Media olmadan təsəvvür belə etmək olmur. Reklamlar isə, biznes sahələrini inkişafı üçün ciddi təsir edir. Kiçik, orta və böyük bizneslərin demək olar ki, böyük bir qismi Sosial Media reklamlarından istifadə edir.
Sosial Media reklamları iki formada edilir : Profesional və qeyri-profesional
Profesional – dedikdə bura Meta Ads Manager vasitəsi ilə, xüsusi hədəfləmələr və detallı reklam kompaniya tiplərindən istifadə edərək reklamların verilməsi nəzərdə tutulur. Lookalike, Retargeting kütlələrin yaradılması və CR əsaslı reklamların edilməsi.
Qeyri- profesional – bura isə, Instagram üzərindən və ya Facebook üzərindən reklamı sadəcə “boost” etməklə veriləm reklamlar nəzərdə tutulur. Burada siz detallı hədəfləmə edə bilmir və Sales Funnel sistemi üçün reklam tiplərindən faydalana bilmirsiniz.
Praktiki və sınanmış metodlar ilə əlaqəli yazılar ilə bir müddətdir çalışıram ki, bu sahədə olan insanlar üçün faydalı olum. Bu gün, sizə Meta reklamları ilə məşğul olarkən , istifadə edə biləcəyiniz “6 tövsiyə” haqqında danışmaq istəyirəm .
Meta reklamları üçün praktiki 6 tövsiyə bunlardı:
- Çoxlu reklam qrupları yaratmaq – ayrı-ayrı hədəf kütlələri əhatə edən reklam qrupları ilə , eyni zamanda təsirli olan hədəf kütləni tapa bilərsiz .
-
Reklam qrupları daxilində çoxlu reklamlar yaratmaq – mətn və vizualları fərqi olan reklamlar ilə , sizə ən çox geri dönüş gətirən postu müəyyən edəcəksiz .
-
Reklamlar üçün bitmə vaxtı qoymamaq – bu sizin reklam performansına mənfi təsir edir.
- Reklam mətninin ilk cümləsinə xüsusi diqqət etmək -çağırış və reklamı görən insanı cəlb edən bir ifadə işlədə bilərsiniz.
-
Vizualların (şəkil və video ) keyfiyyətli və hədəf kütləyə uyğun seçilməsi- bu sizə daha çox geridönüş gətirəcək .
- Reklam verilən səhifənin araşdırılması – bu çox əhəmiyyətli bir nüansdır, belə ki, çoxlu giveawaylərə qoşulmuş hesablarda reklam effekti aşağı ola bilər.
Yuxarıdakı qeydləri nəzərə alaraq reklam kompaniyalarınızı optimallaşdıra bilərsiniz. Onuda qeyd edə bilərəm ki, bu tövsiyələr sizin reklamlarınızın effektini artıracaq. Sadəcə qeyd olunanları tətbiq etmək və biraz da səbr etmək lazımdır.
Meta reklamlarını necə öyrənə bilərəm?
Meta reklamları öyrənməyə başla : #faydalı link
2018-ci ildən Marketinq sahəsində fəaliyyət göstərirəm.Bu günə qədər 20-ə qədər marka ilə işləmişəm. Hal-hazırda Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis olaraq AZAL-da işləyirəm. Bu tip yazılarla insanlara faydalı olmağa çalışıram.