Rəqəmsal Marketinq

Rəqəmsal Marketinq Mütəxəssisi kimdir?

Son dövrlərin ən çox bazarda tələb olunan sahələrdən biri də Rəqəmsal Marketinqdir. İnternetin yaranması ilə yanaşı rəqəmsal sferada da Marketinq fəaliyyətlərinin görülməsi çox zəruri olmuşdur. Rəqəmsal Marketinq Mütəxəssisinə də tələb məhz o günlərdən başlayıb və son 10 il ərzində daha da artmışdır. Keçən onillikdə , xırda və orta müəssisələr da artıq internet üzərindən fəaliyyətlərin zəruriliyini anlamağa başlamışdır.

Eyni zamanda ROAS nədir və necə optimallaşdırılır? məqaləsinə keçid edib oxuya bilərsiniz.

Bəs Rəqəmsal Marketinq Mütəxəssisi kimdir və nə iş görür ?

Rəqəmsal Marketinq Mütəxəssisi markaların Rəqəmsal sferalarda fəaliyyətlərini həyata keçirir. Bura satışların artırılması ,marka reputasiyasının inkişaf etdirilməsi , bazar araşdırması və s. kimi fəaliyyətlər daxildir .Qısa olaraq Ənənəvi Marketinq fəaliyyətlərinin rəqəmsal sferada tətbiq edən şəxsdir. İnsanların internetdən istifadəsi artdıqca rəqəmsal kanallardan satışların da həcmi böyük miqdarda artmışdır, insanlar ənənəvi satışdan onlayn satışa keçib.

Bu tələbatın dəyişməsi meyili, Rəqəmsal Marketinq sahəsinə və bu sahəni bilən şəxslərə ehtiyacı artırmışdır. 3 il əvvəlki, müsahibələrdə insanlar SEO-ya ehtiyacı anlamamaq bir yana heç ümumiyyətlə onu Rəqəmsal Marketinq bir bölməsi kimi belə bilmirdi. Lakin indi müşahidə edirəm ki, SEO mütəxəssislərinin həm sayı artmışdır həm də bazarda onlara olan tələb əvvəlki illərlə müqayisədə daha çoxdu.

Azərbaycanda Rəqəmsal Marketinq inkişaf edir və ya tələbat var mı?

Tələbat ilə əlaqəli yazdığım cümlələr həm qlobal bazar üçün həmdə yerli bazar üçün uyğundur .Bəli , Azərbaycanda artıq şirkətlər bu mövzunun həssaslığını daha çox anlamağa başlayıb. Mən, bu sahəyə təqribən 2018-ci ildən başlamışam amma o zaman daha çox Marketinq sahəsini bilirdim. Amma daha sonra Rəqəmsal Marketinq sahəsi ilə tanış oldum ,hələ o zamanlar o qədər də aktual deyildi, az insanlar sahənin əhəmiyyətini anlayırdı. Lakin indi müşahidə edirəm ki, bir çox yerlərdə Rəqəmsal Marketinq Mütəxəssisinə ciddi tələb yaranmışdır, bu tendesiya artan formada inkişaf edir.

Rəqəmsal Marketinq ilə nə edə bilərik ?

Rəqəmsal Marketinq sahəsində fəaliyyət göstərən şəxslərin bir çoxu zamanla öz bizneslərini qurmağa bacarıb , qısa olaraq sizə nələr edə biləcəyinizi qeyd edirəm . Təbii bu mənim bildiklərimlə məhdudlaşmır, daha çoxdur .

Şəxsi Biznes – Rəqəmsal Marketinq biliklərinə malik olan şəxs kiçik bir sərmayə elə özünə biznes qura bilir.Bunun üçün ən önəmli məsələ ideya-dır, sahəyə daxil olduqdan sonra siz özünüz bu ideyaları tapacaqsız.

Freelance iş – Heç bir işdə işləmədən, sadəcə evdən öz işlərinizi görə bilirsiz . Rəqəmsal Marketinq sizə freelance (online) iş görmək imkanı da verir . İstər ölkə daxili istərsə də qlobal bazar üçün fəaliyyət göstərə bilərsiniz.

Oflayn iş – Hər hansısa bir müəssədə bu sahə üzrə fəaliyyət göstərərək gəlir əldə edə bilərsiniz .

Affiliate – Müxtəlif məhsulların onlayn satışını həyata keçirərək, komisya formasında qazanc əldə edə bilərsiniz.

Google Adsense – WordPress ilə asanlıqla veb-sayt hazırlayaraq aylıq trafik ilə Google-dan pul qazana bilərsiniz.

Rəqəmsal Marketinq Mütəxəssisinə hər bir sektorda ehtiyac var!

Digər bir mühim nöqtəyə toxunmaq istərdim, buda sahənin bir çox sektorlar üçün aktual olmasıdır. Yəni, qısa olaraq şərh versəm – Rəqəmsal Marketinq mütəxəssisi təhsil, səhiyyə, bank, qida, tikinti, turizm və digər sizə tanış olan əksər sektorlar üçün vacib bir şəxsdir.

Hər hansısa bir peşə seçərkən bu faktoru göz önündə saxlamaq çox önəmlidir. Siz tibb sektorunda işlədikdən sonra, təhsil sektorunda da Rəqəmsal Marketinq fəaliyyətlərinizə tibb sektorunda aldığınız təcrübə ilə davam edə bilərsiniz. Sadəcə hər sektorda yanaşma fərqli olur, biz buna strategiya da deyə bilərik. Lakin əsas məqamlar ( kök məsələlər) eynidir.

Necə Rəqəmsal Marketinq mütəxəssisi ola bilərəm?

Ölkəmizdə Rəqəmsal Marketinq ixtisası tədris olunmur, lakin universiteti Marketinq ixtisası əsasında oxumağı tövsiyə edirəm. Çünki Rəqəmsal Marketinqi bilmək və onda uğurlu olmaq üçün gərək Ənənəvi Marketinqi də bilək. Əks halda müştəriyönlü fəaliyyətləri həyata keçirə bilmərik.

Bu universitet seçimi etməyən insanlar üçündür, lakin fərqli ixtisasda təhsil alan insanlar bunu edə bilmir. Onu qeyd edim ki, bu sahəni öyrənmək və ya işləmək üçün sizin universitet təhsili almağınıza da ehtiyac yoxdu.

Bunun üçün nələr edə bilərsiniz?

Oflayn kurslardan istifadə bilərsiniz – Ölkədə bir çox mütəxəssislər hal-hazırda oflayn kurs tədrisi ilə məşğuldur. Araşdırma edərək, özünüz üçün uyğun olan seçə bilərsiniz. Burada əsas önəmli məsələ, praktiki biliyi çox olan və sizə işləməyi öyrədən bir mütəxəssisi tapmağınızdır. Sahəyə ilk başladığınızı nəzərə alsaq, kurslar sizi müəyyən bir səviyyəyə gətirə bilər.

Onlayn kurslardan istifadə edə bilərsiniz – Sizə də tanış olan bir çox təhsil saytları var( Udemy,Coursera və s.). Bunlardan araşdırma edərək, yaxşı mütəxəssislərin dərslərini əldə edə bilərsiniz. Burada əsas məqam onlayn şəkildə öyrənmə qabiliyyəti və dil biliyidir. Düzü ingilis dilində olan materialları daha faydalı hesab edirəm. Araşdırma edə bilər və yerli Facebook qruplarında müzakirə edərək uyğun birini seçə bilərsiniz.

Araşdırma üsulu ilə öyrənə bilərsiniz – Bura məndə daxil olmaqla bir çox şəxslər sahəni araşdırma üsulu ilə öyrənmişik. Bu üsulu müsbət və mənfi cəhətləri var, sizin üçün bir neçəsini qeyd edəcəm. Müsbət cəhəti budur ki, siz maddi resurs sərf etmirsiz və bilikləriniz daha möhkəm ,eyni zamanda dərin olur. Mənfi cəhəti isə öyrənmə prosesi daha çox zaman alır. Kurslar sizə məlumatları, problem və həlləri birbaşa öyrədirsə, araşdırma üsulunda bunları qarşılaşdıqca və araşdırdıqca öyrənə bilərsiniz.

Rəqəmsal Marketinq öyrənmək üçün resurslar səhifəsinə baxış keçirə bilərsiniz. Sizin üçün video, kitab və blog formatında resurslar hazırlamışam.

Nəyi tövsiyə edirəm?

Maddi imkanınız varsa kursa getməyi və ya daha aşağı büdcəniz varsa onlayn kurs götürməyi məsləhət görürəm. Ümumiyyətlə öyrənərkən proqramlı olmağı və pərakəndəlikdən uzaq olmağı təklif edirəm. Misal üçün gah SEO öyrənib sonra Google reklamlarına daha sonra Meta-ya bir qədər sonra Email və ya Analitika-ya başlamağı QƏTİ MƏSLƏHƏT görmürəm. Bu sizi yoracaq, hətta bezdirəcək. Onun əvəzinə proqram qurub, addımn-addım öyrənməyi təklif edirəm. Daha asan və sizə iş tapmağa kömək edəcək SMM sahəsindən başlamağı tövsiyə edərdim, daha sonra SEO və SEM istiqamətində irəliləyə bilərsiniz.

Konsultasiya və Rəqəmsal Marketinq kursu üçün müraciət edə bilərsiniz!

Peşəkar bir dəstəyə ehtiyanız olarsa mən kömək edə bilərəm. Burada iki formada sizə ödənişli əsasında dəstək olmağı təklif edirəm. Birinci Konsultasiya formasıdır, burada mən sadəcə sizə yol göstərirəm- suallarınıza cavab verirəm və ehtiyac olduqda görüşlər təşkil edib müzakirələr edirik. İkinci formada isə – kurs şəklindədir. Burada mən sizin üçün fərdi kurs proqramı hazırlayıram, həftə 2 dəfə onlayn şəkildə kurs keçirik və həftə sonlara tələb əsasında görüş təşkil edərək suallarınıza ətraflı cavab verirəm. Kursun proqramı sizin seçdiyiniz sahə və baza bilik – bacarıqlarınızdan asılıdır. Rəqəmsal Marketinq kursları haqqında ətraflı məumat üçün – klik edin.

ROAS nədir və necə optimallaşdırılır?

ROAS “Reklam Xərcləri üzrə Gəlir”in qısadımış adıdır və reklam xərclərinin gəlirliliyini ölçən performans göstəricisidir. ROAS reklam kampaniyasının nə qədər effektiv olduğunu anlamaq üçün istifadə olunur.

ROAS-ın hesablanması düsturu

ROAS=Reklam Gəliri/Reklam xərci

Bu düsturda “Reklam Gəliri” reklam kampaniyası nəticəsində əldə edilən gəliri ifadə edir. ROAS reklam xərcləri ilə müqayisədə gəliri ölçür və reklamın nə qədər sərfəli olduğunu göstərir. Məsələn, 4:1 ROAS dəyəri o deməkdir ki, xərclənən hər pul vahidi üçün 4 vahid gəlir əldə edilir.ROAS-dan istifadə reklam strategiyalarını optimallaşdırmaq və büdcədən ən səmərəli şəkildə istifadə etmək üçün vacibdir. ROAS dəyərini izləməklə, müəssisələr hansı reklam kampaniyalarının daha effektiv olduğunu müəyyən edə və buna uyğun olaraq büdcə düzəlişləri edə bilərlər.

Apa itu ROAS, Cara Menghitung, dan Mengoptimasinya

 

ROAS-ın ölçülməsi üçün nə edək?

ROAS-ı ölçmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:

1)Konversiyaların(dönüşüm) müəyyən edilməsi:Dönüşümlər –  satışlar, potensial müştərilər və ya reklam kampaniyanızın məqsədlərindən asılı olaraq təyin etdiyiniz digər göstəricilər ola bilər.

2)Reklam xərclərinin müəyyən edilməsi:Reklam kampaniyası zamanı xərclənən ümumi məbləği müəyyənləşdirin. Buna reklam xərcləri deyilir.

3)ROAS hesablanması:Yuxarıdakı düsturdan istifadə edərək ROAS-ı hesablayın. Bu, Reklam gəlirini reklam xərclərinə bölür.

ROAS dəyərlərinin nəzərdən keçirmək zəruridi!

ROAS dəyərlərini müntəzəm olaraq nəzərdən keçirərək hansı kampaniyaların daha uğurlu olduğunu müəyyənləşdirin. Yüksək ROAS dəyərləri daha təsirli reklam strategiyalarını göstərə bilər.

Optimallaşdırma işləri necə aparılır?

Aşağı ROAS ilə olan kampaniyaları nəzərdən keçirin və optimallaşdırmaq üçün strategiyaları tənzimləyin. Siz yüksək ROAS dəyərləri olan kampaniyalara daha çox büdcə ayıra və ya oxşar strategiyalardan istifadə edərək digər kampaniyalarla sınaqdan keçirə bilərsiniz.

ROAS rəqəmsal marketinq və reklamın idarə edilməsi sahəsində geniş istifadə olunan bir metrikdir və bizneslərə reklam xərclərinin effektivliyini ölçmək və yaxşılaşdırmaq üçün kömək edir. Bununla belə, ideal ROAS dəyəri hər bir sənaye və biznes üçün fərqli ola bilər, ona görə də bu metrik tək qiymətləndirilməməli və digər performans ölçüləri ilə birlikdə istifadə edilməlidir



İndi zəng et!