Saxavat Jafar

2018-ci ildən Marketinq sahəsində fəaliyyət göstərirəm.Bu günə qədər 20-ə qədər marka ilə işləmişəm. Hal-hazırda Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis olaraq AZAL-da işləyirəm. Bu tip yazılarla insanlara faydalı olmağa çalışıram.

Rəqəmsal Marketinq Mütəxəssisi kimdir?

EWEW

Son dövrlərin ən çox bazarda tələb olunan sahələrdən biri də Rəqəmsal Marketinqdir. İnternetin yaranması ilə yanaşı rəqəmsal sferada da Marketinq fəaliyyətlərinin görülməsi çox zəruri olmuşdur. Rəqəmsal Marketinq Mütəxəssisinə də tələb məhz o günlərdən başlayıb və son 10 il ərzində daha da artmışdır. Keçən onillikdə , xırda və orta müəssisələr da artıq internet üzərindən fəaliyyətlərin zəruriliyini anlamağa başlamışdır.

Eyni zamanda ROAS nədir və necə optimallaşdırılır? məqaləsinə keçid edib oxuya bilərsiniz.

Bəs Rəqəmsal Marketinq Mütəxəssisi kimdir və nə iş görür ?

Rəqəmsal Marketinq Mütəxəssisi markaların Rəqəmsal sferalarda fəaliyyətlərini həyata keçirir. Bura satışların artırılması ,marka reputasiyasının inkişaf etdirilməsi , bazar araşdırması və s. kimi fəaliyyətlər daxildir .Qısa olaraq Ənənəvi Marketinq fəaliyyətlərinin rəqəmsal sferada tətbiq edən şəxsdir. İnsanların internetdən istifadəsi artdıqca rəqəmsal kanallardan satışların da həcmi böyük miqdarda artmışdır, insanlar ənənəvi satışdan onlayn satışa keçib.

Bu tələbatın dəyişməsi meyili, Rəqəmsal Marketinq sahəsinə və bu sahəni bilən şəxslərə ehtiyacı artırmışdır. 3 il əvvəlki, müsahibələrdə insanlar SEO-ya ehtiyacı anlamamaq bir yana heç ümumiyyətlə onu Rəqəmsal Marketinq bir bölməsi kimi belə bilmirdi. Lakin indi müşahidə edirəm ki, SEO mütəxəssislərinin həm sayı artmışdır həm də bazarda onlara olan tələb əvvəlki illərlə müqayisədə daha çoxdu.

reqemsal marketing mutexessisi 1

Azərbaycanda Rəqəmsal Marketinq inkişaf edir və ya tələbat var mı?

Tələbat ilə əlaqəli yazdığım cümlələr həm qlobal bazar üçün həmdə yerli bazar üçün uyğundur .Bəli , Azərbaycanda artıq şirkətlər bu mövzunun həssaslığını daha çox anlamağa başlayıb. Mən, bu sahəyə təqribən 2018-ci ildən başlamışam amma o zaman daha çox Marketinq sahəsini bilirdim. Amma daha sonra Rəqəmsal Marketinq sahəsi ilə tanış oldum ,hələ o zamanlar o qədər də aktual deyildi, az insanlar sahənin əhəmiyyətini anlayırdı. Lakin indi müşahidə edirəm ki, bir çox yerlərdə Rəqəmsal Marketinq Mütəxəssisinə ciddi tələb yaranmışdır, bu tendesiya artan formada inkişaf edir.

reqemsal marketinq mutexessisi 2

Rəqəmsal Marketinq ilə nə edə bilərik ?

Rəqəmsal Marketinq sahəsində fəaliyyət göstərən şəxslərin bir çoxu zamanla öz bizneslərini qurmağa bacarıb , qısa olaraq sizə nələr edə biləcəyinizi qeyd edirəm . Təbii bu mənim bildiklərimlə məhdudlaşmır, daha çoxdur .

Şəxsi Biznes – Rəqəmsal Marketinq biliklərinə malik olan şəxs kiçik bir sərmayə elə özünə biznes qura bilir.Bunun üçün ən önəmli məsələ ideya-dır, sahəyə daxil olduqdan sonra siz özünüz bu ideyaları tapacaqsız.

Freelance iş – Heç bir işdə işləmədən, sadəcə evdən öz işlərinizi görə bilirsiz . Rəqəmsal Marketinq sizə freelance (online) iş görmək imkanı da verir . İstər ölkə daxili istərsə də qlobal bazar üçün fəaliyyət göstərə bilərsiniz.

Oflayn iş – Hər hansısa bir müəssədə bu sahə üzrə fəaliyyət göstərərək gəlir əldə edə bilərsiniz .

Affiliate – Müxtəlif məhsulların onlayn satışını həyata keçirərək, komisya formasında qazanc əldə edə bilərsiniz.

Google Adsense – WordPress ilə asanlıqla veb-sayt hazırlayaraq aylıq trafik ilə Google-dan pul qazana bilərsiniz.

Rəqəmsal Marketinq Mütəxəssisinə hər bir sektorda ehtiyac var!

Digər bir mühim nöqtəyə toxunmaq istərdim, buda sahənin bir çox sektorlar üçün aktual olmasıdır. Yəni, qısa olaraq şərh versəm – Rəqəmsal Marketinq mütəxəssisi təhsil, səhiyyə, bank, qida, tikinti, turizm və digər sizə tanış olan əksər sektorlar üçün vacib bir şəxsdir.

Hər hansısa bir peşə seçərkən bu faktoru göz önündə saxlamaq çox önəmlidir. Siz tibb sektorunda işlədikdən sonra, təhsil sektorunda da Rəqəmsal Marketinq fəaliyyətlərinizə tibb sektorunda aldığınız təcrübə ilə davam edə bilərsiniz. Sadəcə hər sektorda yanaşma fərqli olur, biz buna strategiya da deyə bilərik. Lakin əsas məqamlar ( kök məsələlər) eynidir.

reqemsal marketinq mutexessisi. 12

Necə Rəqəmsal Marketinq mütəxəssisi ola bilərəm?

Ölkəmizdə Rəqəmsal Marketinq ixtisası tədris olunmur, lakin universiteti Marketinq ixtisası əsasında oxumağı tövsiyə edirəm. Çünki Rəqəmsal Marketinqi bilmək və onda uğurlu olmaq üçün gərək Ənənəvi Marketinqi də bilək. Əks halda müştəriyönlü fəaliyyətləri həyata keçirə bilmərik.

Bu universitet seçimi etməyən insanlar üçündür, lakin fərqli ixtisasda təhsil alan insanlar bunu edə bilmir. Onu qeyd edim ki, bu sahəni öyrənmək və ya işləmək üçün sizin universitet təhsili almağınıza da ehtiyac yoxdu.

Bunun üçün nələr edə bilərsiniz?

Oflayn kurslardan istifadə bilərsiniz – Ölkədə bir çox mütəxəssislər hal-hazırda oflayn kurs tədrisi ilə məşğuldur. Araşdırma edərək, özünüz üçün uyğun olan seçə bilərsiniz. Burada əsas önəmli məsələ, praktiki biliyi çox olan və sizə işləməyi öyrədən bir mütəxəssisi tapmağınızdır. Sahəyə ilk başladığınızı nəzərə alsaq, kurslar sizi müəyyən bir səviyyəyə gətirə bilər.

Onlayn kurslardan istifadə edə bilərsiniz – Sizə də tanış olan bir çox təhsil saytları var( Udemy,Coursera və s.). Bunlardan araşdırma edərək, yaxşı mütəxəssislərin dərslərini əldə edə bilərsiniz. Burada əsas məqam onlayn şəkildə öyrənmə qabiliyyəti və dil biliyidir. Düzü ingilis dilində olan materialları daha faydalı hesab edirəm. Araşdırma edə bilər və yerli Facebook qruplarında müzakirə edərək uyğun birini seçə bilərsiniz.

Araşdırma üsulu ilə öyrənə bilərsiniz – Bura məndə daxil olmaqla bir çox şəxslər sahəni araşdırma üsulu ilə öyrənmişik. Bu üsulu müsbət və mənfi cəhətləri var, sizin üçün bir neçəsini qeyd edəcəm. Müsbət cəhəti budur ki, siz maddi resurs sərf etmirsiz və bilikləriniz daha möhkəm ,eyni zamanda dərin olur. Mənfi cəhəti isə öyrənmə prosesi daha çox zaman alır. Kurslar sizə məlumatları, problem və həlləri birbaşa öyrədirsə, araşdırma üsulunda bunları qarşılaşdıqca və araşdırdıqca öyrənə bilərsiniz.

Rəqəmsal Marketinq öyrənmək üçün resurslar səhifəsinə baxış keçirə bilərsiniz. Sizin üçün video, kitab və blog formatında resurslar hazırlamışam.

reqemsal marketinq mutexesisi 23

Nəyi tövsiyə edirəm?

Maddi imkanınız varsa kursa getməyi və ya daha aşağı büdcəniz varsa onlayn kurs götürməyi məsləhət görürəm. Ümumiyyətlə öyrənərkən proqramlı olmağı və pərakəndəlikdən uzaq olmağı təklif edirəm. Misal üçün gah SEO öyrənib sonra Google reklamlarına daha sonra Meta-ya bir qədər sonra Email və ya Analitika-ya başlamağı QƏTİ MƏSLƏHƏT görmürəm. Bu sizi yoracaq, hətta bezdirəcək. Onun əvəzinə proqram qurub, addımn-addım öyrənməyi təklif edirəm. Daha asan və sizə iş tapmağa kömək edəcək SMM sahəsindən başlamağı tövsiyə edərdim, daha sonra SEO və SEM istiqamətində irəliləyə bilərsiniz.

Konsultasiya və Rəqəmsal Marketinq kursu üçün müraciət edə bilərsiniz!

Peşəkar bir dəstəyə ehtiyanız olarsa mən kömək edə bilərəm. Burada iki formada sizə ödənişli əsasında dəstək olmağı təklif edirəm. Birinci Konsultasiya formasıdır, burada mən sadəcə sizə yol göstərirəm- suallarınıza cavab verirəm və ehtiyac olduqda görüşlər təşkil edib müzakirələr edirik. İkinci formada isə – kurs şəklindədir. Burada mən sizin üçün fərdi kurs proqramı hazırlayıram, həftə 2 dəfə onlayn şəkildə kurs keçirik və həftə sonlara tələb əsasında görüş təşkil edərək suallarınıza ətraflı cavab verirəm. Kursun proqramı sizin seçdiyiniz sahə və baza bilik – bacarıqlarınızdan asılıdır. Rəqəmsal Marketinq kursları haqqında ətraflı məumat üçün – klik edin.

Rəqəmsal Marketinq Mütəxəssisi kimdir? Read More »

ROAS nədir və necə optimallaşdırılır?

roas nedir

ROAS “Reklam Xərcləri üzrə Gəlir”in qısadımış adıdır və reklam xərclərinin gəlirliliyini ölçən performans göstəricisidir. ROAS reklam kampaniyasının nə qədər effektiv olduğunu anlamaq üçün istifadə olunur.

ROAS-ın hesablanması düsturu

ROAS=Reklam Gəliri/Reklam xərci

Bu düsturda “Reklam Gəliri” reklam kampaniyası nəticəsində əldə edilən gəliri ifadə edir. ROAS reklam xərcləri ilə müqayisədə gəliri ölçür və reklamın nə qədər sərfəli olduğunu göstərir. Məsələn, 4:1 ROAS dəyəri o deməkdir ki, xərclənən hər pul vahidi üçün 4 vahid gəlir əldə edilir.ROAS-dan istifadə reklam strategiyalarını optimallaşdırmaq və büdcədən ən səmərəli şəkildə istifadə etmək üçün vacibdir. ROAS dəyərini izləməklə, müəssisələr hansı reklam kampaniyalarının daha effektiv olduğunu müəyyən edə və buna uyğun olaraq büdcə düzəlişləri edə bilərlər.

Apa itu ROAS, Cara Menghitung, dan Mengoptimasinya

 

ROAS-ın ölçülməsi üçün nə edək?

ROAS-ı ölçmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:

1)Konversiyaların(dönüşüm) müəyyən edilməsi:Dönüşümlər –  satışlar, potensial müştərilər və ya reklam kampaniyanızın məqsədlərindən asılı olaraq təyin etdiyiniz digər göstəricilər ola bilər.

2)Reklam xərclərinin müəyyən edilməsi:Reklam kampaniyası zamanı xərclənən ümumi məbləği müəyyənləşdirin. Buna reklam xərcləri deyilir.

3)ROAS hesablanması:Yuxarıdakı düsturdan istifadə edərək ROAS-ı hesablayın. Bu, Reklam gəlirini reklam xərclərinə bölür.

ROAS dəyərlərinin nəzərdən keçirmək zəruridi!

ROAS dəyərlərini müntəzəm olaraq nəzərdən keçirərək hansı kampaniyaların daha uğurlu olduğunu müəyyənləşdirin. Yüksək ROAS dəyərləri daha təsirli reklam strategiyalarını göstərə bilər.

Optimallaşdırma işləri necə aparılır?

Aşağı ROAS ilə olan kampaniyaları nəzərdən keçirin və optimallaşdırmaq üçün strategiyaları tənzimləyin. Siz yüksək ROAS dəyərləri olan kampaniyalara daha çox büdcə ayıra və ya oxşar strategiyalardan istifadə edərək digər kampaniyalarla sınaqdan keçirə bilərsiniz.

ROAS rəqəmsal marketinq və reklamın idarə edilməsi sahəsində geniş istifadə olunan bir metrikdir və bizneslərə reklam xərclərinin effektivliyini ölçmək və yaxşılaşdırmaq üçün kömək edir. Bununla belə, ideal ROAS dəyəri hər bir sənaye və biznes üçün fərqli ola bilər, ona görə də bu metrik tək qiymətləndirilməməli və digər performans ölçüləri ilə birlikdə istifadə edilməlidir



ROAS nədir və necə optimallaşdırılır? Read More »

Meta reklamları üçün 6 tövsiyə

meta reklamlari

Meta adı nə ilə əlaqəlidir?

Meta Platforms Inc. (əvvəllər Facebook Inc.) 2004-cü il fevralın 4-də Mark Zuckerberg və onun Harvard Universitetindəki tələbə yoldaşları Eduardo Saverin, Andrew McCollum, Dustin Moskovitz və Chris Hughes tərəfindən yaradılmışdır. Əvvəlcə sosial şəbəkə kimi başlayan Facebook qısa müddətdə sürətlə böyüdü və qlobal texnologiya nəhənginə çevrildi.

2021-ci ilin oktyabr ayında Facebook Inc. adını Meta Platforms Inc. olaraq dəyişdirdi. Bu, şirkətin sosial media platformasından kənara çıxaraq metaverse konsepsiyasına yönəlməsi ilə əlaqədar idi. Metaverse — virtual reallıq (VR) və artırılmış reallıq (AR) texnologiyalarını əhatə edən yeni bir dijital dünya yaratmaq məqsədini daşıyır.

Meta-nın Tərkibində Olan Şirkətlər və Platformalar

Meta Platforms müxtəlif sosial media və texnologiya şirkətlərini idarə edir. Onların arasında aşağıdakı əsas brendlər var:

  1. Facebook – Dünyanın ən böyük sosial media platformalarından biridir.
  2. Instagram – Foto və video paylaşımı üçün məşhur sosial şəbəkə.
  3. WhatsApp – Dünyada ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən biri.
  4. Messenger – Facebook-un ayrı bir mesajlaşma tətbiqi.
  5. Oculus (Meta Quest) – Virtual reallıq başlıqları və VR texnologiyaları istehsal edən bölmə.
  6. Reality Labs – Metaverse üçün inkişaf etdirilən artırılmış və virtual reallıq texnologiyaları.
  7. Threads – 2023-cü ildə Instagram tərəfindən istifadəyə verilən Twitter-ə alternativ platforma.
meta featured

Meta Reklamları Necə Verilir? (Facebook & Instagram Ads)

Meta reklamları Facebook və Instagram platformalarında yayımlanır və Meta Ads Manager vasitəsilə idarə olunur. Reklamların effektiv olması üçün düzgün hədəfləmə, keyfiyyətli məzmun və optimal büdcə strategiyası vacibdir.

Aşağıda Meta reklamlarını yaratmaq üçün addım-addım izah verilmişdir.

Meta Reklamları üçün nə lazımdı?

  • Facebook və ya Instagram biznes səhifəsi
  • Meta Business Manager və Ads Manager hesabı
  • Ödəniş üçün bank kartı və ya PayPal hesabı
  • Reklam üçün şəkil, video və mətn məzmunları

Əgər hələ Meta Business Manager hesabınız yoxdursa, business.facebook.com saytına daxil olub hesab yaratmalısınız.

Meta Reklamlarını Addım-Addım Necə Yaratmaq Olar?

 

Addım 1: Meta Business Manager-ə Daxil Olun

Meta reklamlarını yaratmaq üçün Meta Ads Manager istifadə olunur. Bunun üçün adsmanager.facebook.com saytına daxil olun.

Addım 2: Yeni Reklam Yaratmaq

  • “Create” (Yarat) düyməsini basın.
  • Reklamın məqsədini seçin (Məsələn: Brendin tanıtımı, vebsayta trafik, satışlar və s.).

Addım 3: Kampaniya Parametrlərini Təyin Edin

  • Reklam kampaniyasının adını daxil edin.
  • A/B test etmək istəyirsinizsə, bu seçimi aktivləşdirin.
  • Xərclərinizi idarə etmək üçün gündəlik və ya ümumi büdcə təyin edin.

Addım 4: Auditoriyanı Seçin

  • Yaş aralığı, cins, maraqlar, coğrafi bölgə və davranışları təyin edin.
  • Öncədən toplanmış məlumatlardan istifadə edərək Custom Audience (Xüsusi Auditoriya) və ya Lookalike Audience (Oxşar Auditoriya) yarada bilərsiniz.

Addım 5: Reklam Yerləşdirmələrini Seçin

  • “Automatic Placements” seçimi reklamlarınızın Meta-nın bütün platformalarında göstərilməsinə imkan verir.
  • “Manual Placements” seçərək reklamı yalnız Facebook Feed, Instagram Stories, Reels və ya başqa bir yerdə göstərməyi seçə bilərsiniz.

Addım 6: Reklam Formatını Seçin

  • Şəkil, video, carousel və ya kolleksiya reklam formatını seçin.
  • Reklam üçün təsvir (caption) və çağırış düyməsi (Call-to-Action) əlavə edin.

Addım 7: Ödəniş və Yoxlama

  • Bank kartınızı əlavə edin və büdcənizə uyğun olaraq ödəniş məlumatlarını daxil edin.
  • Reklamı təsdiqləyin və Meta tərəfindən yoxlanmasını gözləyin.
 Meta Reklamlarının Analizi və Optimizasiyası

Reklam işə salındıqdan sonra Ads Manager vasitəsilə nəticələri izləmək vacibdir. Aşağıdakı göstəricilərə diqqət yetirin:

  • CTR (Click-Through Rate) – Reklama baxanların neçə faizi klik edib.
  • CPC (Cost-Per-Click) – Hər klik üçün nə qədər ödəniş edilib.
  • Conversion Rate – Reklamdan gələn real satış və ya müraciət faizi.
  • Engagement Rate – Reklam məzmununa istifadəçilərin reaksiyası.

Effektiv nəticə əldə etmək üçün zəif işləyən reklamları optimallaşdırmaq və müxtəlif reklam formatlarını test etmək tövsiyə olunur.

Meta Reklamlarının Daha Effektiv Olması Üçün Məsləhətlər

  • Reklam üçün yüksək keyfiyyətli vizuallar və cəlbedici məzmun seçin.
  • A/B testi edərək fərqli reklam mətnlərini və vizuallarını sınayın.
  • Düzgün hədəfləmə ilə potensial müştərilərə çatın.
  • Retargeting reklamları ilə vebsaytınıza daxil olmuş, lakin alış etməmiş istifadəçiləri yenidən hədəfləyin.

Meta reklamları düzgün strategiya ilə idarə edildikdə brend tanıtımı, satışların artması və istifadəçi cəlbi baxımından yüksək nəticələr verə bilər.

sosial medya reklamlari

Meta reklamları üçün praktiki 6 tövsiyə (+bonus)

  • Çoxlu reklam qrupları yaratmaq – ayrı-ayrı hədəf kütlələri əhatə edən reklam qrupları ilə , eyni zamanda təsirli olan hədəf kütləni tapa bilərsiz .
  • Reklam qrupları daxilində çoxlu reklamlar yaratmaq – mətn və vizualları fərqi olan reklamlar ilə , sizə ən çox geri dönüş gətirən postu müəyyən edəcəksiz .

  •  Reklamlar üçün bitmə vaxtı qoymamaq – bu sizin reklam performansına mənfi təsir edir.

  • Reklam mətninin ilk cümləsinə xüsusi diqqət etmək -çağırış və reklamı görən insanı cəlb edən bir ifadə işlədə bilərsiniz.
  • Vizualların (şəkil və video ) keyfiyyətli və hədəf kütləyə uyğun seçilməsi- bu sizə daha çox geridönüş gətirəcək .

  • Reklam verilən səhifənin araşdırılması – bu çox əhəmiyyətli bir nüansdır, belə ki, çoxlu giveawaylərə qoşulmuş hesablarda reklam effekti aşağı ola bilər.

Yuxarıdakı qeydləri nəzərə alaraq reklam kompaniyalarınızı optimallaşdıra bilərsiniz. Onuda qeyd edə bilərəm ki, bu  tövsiyələr sizin reklamlarınızın effektini artıracaq. Sadəcə qeyd olunanları tətbiq etmək və biraz da səbr etmək lazımdır.

Meta reklamlarını necə öyrənə bilərəm?

Bu tip reklamları öyrənmək üçün  araşdırma edə bilər, Meta Blue Print vasitəsi ilə kurslar götürə bilər və ya oflayn formada tədrislərə qatıla bilərsiniz. İlkin istiqamət üçün mənə yaza bilərsiniz, sizə təmənnasız formada kömək etməyə çalışacam. Ümid edirəm bu bloq mətni sizin üçün faydalı olmuşdur.
 
Meta reklamları öyrənməyə başla : #faydalı link 
 

Meta reklamları üçün 6 tövsiyə Read More »

İndi zəng et!